Əsədin ən önəmli tərəfdaşlarından biri həbs edildi

Əsədin ən önəmli tərəfdaşlarından biri həbs edildi
22 Apr 2025 21:15

Suriyanın keçmiş prezidenti Bəşər Əsəd dövründə Hizbullah ilə koordinasiyaya cavabdehlik daşıyan Hərbi Hava Qüvvələri kəşfiyyatının keçmiş zabiti Süleyman əl-Teynavi həbs edilib.


News365.az “Əl-İxbariyyə” telekanalına istinad xəbər verir ki, bu barədə Suriya müvəqqəti hökumətinin Daxili İşlər Nazirliyi məlumat yayıb.


Bildirilib ki, əl-Teynavi Hizbullah liderləri ilə Suriyadakı bir sıra qruplar arasında koordinator kimi fəaliyyət göstərib və onlara dəstək verilməsinə şərait yaradıb.


Bundan əlavə, əl-Teynavinin mülki əhaliyə qarşı hərbi cinayətlər törətməkdə iştirak etdiyi də açıqlanır


Sizin reklam burada
Sizin reklam burada