Tramp Aİ-nin Rusiyaya qarşı sərt mövqeyindən sevinir - İtaliya nəşri

Tramp Aİ-nin Rusiyaya qarşı sərt mövqeyindən sevinir - İtaliya nəşri
09:12

ABŞ prezidenti Donald Tramp Ukraynada davam edən münaqişə fonunda Avropa İttifaqının Rusiyaya qarşı sərt mövqe tutmasından məmnundur. Bu barədə İtaliyanın “Corriere della Sera” qəzeti yazıb.


Tramp Rusiya prezidenti Vladimir Putinlə dialoqa davam edir, eyni zamanda Avropa İttifaqının Moskvaya qarşı sərt tədbirlər görməsindən də məmnunluğunu gizlətmir. Məqalədə deyilir ki, Amerika lideri bu “əmək bölgüsündən” məmnundur.

Məqalə müəllifi onu da qeyd edib ki, Trampla Putin arasında uzun sürən telefon danışığına baxmayaraq, Ukraynadakı vəziyyətin həlli perspektivləri kifayət qədər uzaq görünür.

Xatırladaq ki, mayın 19-da Trampla Putin arasında telefon danışığı olub. Rusiya lideri danışıqları “mənalı, səmimi və faydalı” adlandırıb. O, həmkarına Moskvanın Kiyevlə atəşkəs və nizamlanmanın əsas prinsiplərini özündə əks etdirən memorandum üzərində işləməyə hazır olduğunu bildirib. Putin sülhə doğru ən səmərəli yolların işlənib hazırlanmasına çağırıb.

Tramp Putinlə danışdıqdan sonra Ukrayna prezidenti Vladimir Zelenski ilə də danışıb. The New York Times onların söhbətinin təfərrüatlarını dərc edib.



Tural


Sizin reklam burada
Sizin reklam burada