Rusiyada maraqlı hadisə baş verib. Buryatiyada yerli sakin zibil poliqonunun yanından keçərkən partlayıcı mərmiyə bənzəyən əşya aşkar edib. Bu barədə Rusiya Qvardiyasının regional idarəsinin mətbuat xidməti məlumat yayıb.
"Hadisə ötən həftəsonu, iyunun 28 və 29-da baş verib. Şübhəli tapıntını Xorinsk kəndi yaxınlığındakı zibilxananın yanından keçən traktor sürücüsü aşkar edib. Kişi dərhal təcili yardım xidmətinə müraciət edib. Əraziyə baxış zamanı minatəmizləmə qrupunun üzvləri aşkar edilmiş obyektin təlim-məşq ümün nəzərdə tutulmuş tank əleyhinə mina olduğunu müəyyən ediblər”, - deyə bildirilib.
Tural