Yaponiyalı snoubordçu Tomoka Takeuti qadınlar arasında Qış Olimpiya Oyunlarında iştirak üzrə rekord müəyyənləşdirib.
News365.az bu barədə Qış Olimpiya Oyunları - 2026-nın rəsmi saytına istinadən xəbər verir.
İtaliyada keçirilən 2026-cı il Olimpiya Oyunlarında paralel nəhəng slalom yarışlarının təsnifat mərhələsi başa çatdıqdan sonra Takeuti ardıcıl yeddi Olimpiadada iştirak edən ilk qadın idmançı olub.
42 yaşlı snoubordçu cari mövsümün sonunda karyerasını başa vurmağı planlaşdırır.
Qeyd edək ki, Takeuti (Soçi-2014) Olimpiya Oyunlarının gümüş mükafatçısı, İtaliyada (2012) keçirilən Dünya Kuboku mərhələsinin qalibi, həmçinin Dünya Kuboku mərhələlərinin çoxsaylı mükafatçısıdır.