Təhlükə yaradan moped və skuter SÜRÜCÜLƏRİ – Onları hansı CƏZA GÖZLƏYİR?

Təhlükə yaradan moped və skuter SÜRÜCÜLƏRİ –  Onları hansı CƏZA GÖZLƏYİR?
18 Apr 2024 14:54

Son zamanlar moped və skuter istifadəçilərinin səkidə, eləcə də yerüstü keçidlərdə piyadalara təhlükə yaratması halları çoxalıb. Bu isə səkidən və yerüstü keçidlərdən istifadə edənlərin haqlı narazılığına səbəb olur. Xüsusilə, mütəmadi olaraq moped, hətta motosiklet sürücülərinin yollarda qəribə manevrlər etməsi insanları qorxuya salmaqla bərabər həyatları üçün təhlükə yaradır. 

Maraqlıdır, bu kimi nəqliyyat vasitələri barədə qanun nə deyir? Sürücülər qaydanı pozduqda necə cəzalandırılır?

News365.az xəbər Bakı Şəhər BPİ-nin Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi Toğrul Nəsirli Bizim.Media-ya bildirib ki, moped və skuteri bir növ nəqliyyat vasitəsi kimi götürmək olmur:

“Məsələn, motosikletə dövlət qeydiyyatı, nişanı verilir. Motosiklet idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunur. Yəni bu nəqliyyat vasitəsinin sürücüləri də müəyyən edilmiş sürət həddini aşmamalı, zolaqlar üzərində düzgün hərəkət etməli, yol hərəkəti qaydalarına riayət etməlidir.

Hər bir nəqliyyat vasitəsi üçün ayrı-ayrı sürət həddinin müəyyənləşdirilməsi məsələsi respublika əhəmiyyətli avtomobil yollarında olur. Məsələn, yük maşını üçün işarə qoyulur ki, saatda 60 kilometrdən çox getməməlidir. Amma bu, mexaniki nəqliyyat vasitələrinə aid deyil”.

T. Nəsirli qeyd edib ki, velosiped, skuter və mopedlər qayda pozduğu təqdirdə onlar İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə olunurlar:

“Onu da bildirim ki, rahat gediş-gəliş üçün moped və skuterlər velosiped zolaqlarına daxil ola bilərlər. Lakin təəssüf ki, bir çox avtomobil sürücüləri də velosiped zolaqlarına daxil olaraq moped, skuter və velosiped sürrücülərinə mane olurlar. Qeyd edək ki, velospied zolaqlarına daxil olan avtomobil sürücüləri İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən, 20 manat cərimə olunurlar Avtomobil sürücülərini bu kimi qaydaları pozmamağa çağırırıq”.


Youtube kanalımız

Oxşar xəbərlər