Türkiyəli tanınmış aparıcı Ece Erken keçmiş həyat yoldaşı Serkan Uçarın övladına aliment ödəmədiyini bildirib.
Bu səbəbdən aparıcı Serkanı məhkəməyə verəcək.
"Ona haqqımı halal etmirəm. Lüsk məkanlarda gəzir. Uşağımın alimenti 5 min lirədir onu da ödəmir. Allah vicdan sahibi olmayan kişilərə və qadınlara uşaq verməsin. Amma nə edəsən ki, belə olur. Serkanın valideynləri də nəvələri ilə heç maraqlanmırlar" -deyə Ece bildirib.
Xatırladaq ki, Ece ilə həyat yoldaşı 2014-2015-ci illərdə evli olub. Onların bir oğlu var.