Gənc həkimdən jurnalistə həyati müdaxilə

Gənc həkimdən jurnalistə həyati müdaxilə
00:05

Tanınmış jurnalist Rumiyyə Miraslan təcili tibbi yardım həkimləri ilə bağlı fikirlərini bölüşüb. 

News365.az xəbər verir ki, jurnalist gənc tibbi yardım həkiminin onun həyatını xilas etdiyini bildirib. 

"Kim nə deyir desin, təcili yardımda çalışan həkimlər kimi savadlı, mərhəmətli, insaflı həkim tanımıram. Hər dəfə də şahid oluram buna. İki gün əvvəl axşam anidən ağır vəziyyətə düşdüm, boğulurdum rəsmən, stress ağır allergiya vermişdi, nəfəs ala bilmirdim, elə bildim ki, artıq sondu. Nə haldaydımsa, qardaşım təcili yardımın arxasıyca özü qaçmışdı. Bir də baxdım ki, cavan bir uşaq gəlib həkim kimi. Əlim hər yerdən üzüldü, bu cavan uşaq nə edə biləcəkdi mənə. Sən demə, onun cavan canında necə böyük bacarıq, hünər, bilik varmış. Dərhal tibbi müdaxiləyə başladı, ardıyca da xəstəxanaya qaldırdı, “bu halda evdə qoya bilmərəm” - dedi. Yolboyu da tibbi yardımı davam elədi. Xəstəxanaya çatanda artıq düzəlirdim, həkimlər də bildirdi ki, nə lazımdısa, hamısı olunub, başqa müdaxiləyə gərək yoxdur. Bu gün öyrəndim ki, həmin o cavan, bəstəboy həkim Ayxan Səfərov imiş. Suraxanı rayonu 11 saylı KYS-nin səyyar həkimi. O gün təşəkkür edə bilməmişdim, istədim buradan yazıb sonsuz təşəkkür edəm ona. Var olun, doktor! Allah sizin kimi həkimləri çox görməsin bizə"


Youtube kanalımız

Oxşar xəbərlər