Türkiyə texniki-diplomatik məsələləri həll etdikdən sonra Suriyanın yeni hökumətinə kömək etmək səyləri çərçivəsində Hələb və Dəməşqdəki hərbi akademiyalarda yeni Suriya ordusunun təlimini dəstəkləmək üçün hərbi müşavirlərini göndərəcək.
News365.az xəbər verir ki, bu barədə “Clash Report” mənbələrə istinadla məlumat yayıb.
Mənbələr hava hücumundan müdafiə təlimləri üçün Xümsdə türk hərbi hissəsinin yerləşdirilməsinə dair müzakirələrin davam etdiyini də qeyd ediblər.