Sumqayıtda "Daewoo" avtomobili təmirdən sonra yanıb

Sumqayıtda "Daewoo" avtomobili təmirdən sonra yanıb
30 İyn 2025 21:30

Sumqayıtda “Daewoo Nexia” markalı minik avtomobili alovlanaraq yanıb.

News365.az xəbər verir ki, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Yanğın qısa müddət ərzində söndürülüb, alovun yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb.

Hadisənin səbəbləri araşdırılır.


Sizin reklam burada
Sizin reklam burada