Si Cinpin Çində doğum səviyyəsini təcili stabilləşdirməyə çağırdı

Si Cinpin Çində doğum səviyyəsini təcili stabilləşdirməyə çağırdı
14:00

"Çin hökuməti demoqrafik çağırışları nəzərə alaraq doğum səviyyəsini stabilləşdirmək üçün səy göstərməlidir".

Bu barədə Çin Xalq Respublikasının Sədri Si Cinpin "Tsyuşi" jurnalı üçün yazdığı məqalədə bildirib.

"Nikah və uşaq dünyaya gətirməyə aktiv baxışı təbliğ etmək, yeni doğulan əhalinin miqyasını stabilləşdirmək üçün səy göstərmək lazımdır", - deyə Çin lideri qeyd edib.

O, konkret tədbirlər sırasında doğuma dəstək sisteminin möhkəmləndirilməsini, ailələrin tərbiyə və təhsil zamanı yükünün azaldılmasını, habelə uşağa qulluq üzrə məzuniyyət strukturunun təkmilləşdirilməsini qeyd edib.

Xatırladaq ki, 2022-ci ildə Çin əhalisi son 60 ildə ilk dəfə 850 000 nəfər azalmağa başlayıb. 2023, 2024 və 2025-ci illərdə əhali sayı müvafiq olaraq 2.08 milyon, 1.39 milyon və 3.39 milyon nəfər azalıb.


Sizin reklam burada
Sizin reklam burada