Prokurorluq Ermənistan Respublikasının keçmiş müdafiə naziri, parlamentdəki “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyan barəsində əmlak iddiası qaldırıb.
News365.az xəbər verir ki, 24News-un məlumatına görə, ittiham tərəfinin versiyasına əsasən, Ermənistan Respublikasının mülkiyyət hüququ pozulub.
Prokuror iddiada dövlətə dəymiş zərərin ödənilməsi kimi Seyran Ohanyandan dövlətin xeyrinə 13 milyon dramın tutulmasını tələb edib.
Məhkəmə iddianı icraata qəbul edib və qeyd edib ki, iş üzrə yekun qərar məhkəmənin son aktında qəbul olunacaq.
Qeyd edək ki, Seyran Ohanyan 2000-2007-ci illərdə Qarabağdakı keçmiş qondarma rejimin, 2008-2016-cı illərdə Ermənistanın müdafiə naziri olub. Birinci və İkinci Qarabağ müharibələrində iştirak edən S.Ohanyan Xocalı soyqırımını törədənlərdən biridir. 44 günlük müharibədə isə o, qondarma rejimin “prezident”inin hərbi məsləhətçisi kimi Şuşanın müdafiəsinə rəhbərlik etmişdi.