Sevgililər Günündə qaynar xəttə yığıb tort istədi, cərimələndi

Sevgililər Günündə qaynar xəttə yığıb tort istədi, cərimələndi
15 Fev 2026 14:14

Türkiyədə Sevgililər Günündə xilasetmə xidmətinin 112 qaynar xəttinə zəng vuran şəxs cərimələnib.

Hadisə Muğla rayonunda qeydə alınıb.Sevgililər Günündə 112 qaynar xəttinə zəng edən bir kişi sevgilisi ilə çox xoşbəxt olduğunu deyib və onlara tort göndərilməsini istəyib.

Onun bu əməli 112 çağrı mərkəzinin rəhbərliyinin sərt reaksiyasına səbəb olub və onun barəsində məhkəməyə şikayət edilib. Nəticədə Sevgililər Günündə ağlı başından çıxan həmin kişi 1887 lirə miqdarında cərimələnib.


Sizin reklam burada
Sizin reklam burada