Rusiyada dövlət ittihamçısı Moskva hərbi komissarlığını yandırmağa cəhd etdiyinə görə İbrahim Orucov adlı linqvist tələbənin 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Bu barədə Rusiya mediası məlumat yayıb.
"İkinci Qərb Dairəsi Hərbi Məhkəməsinin zalında terror aktı hazırlamaq işi üzrə yenidən məhkəmə iclası keçirilib. Prosesdə tərəflər arasında gedən mübahisə zamanı dövlət ittihamçısı Orucovun 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib", -Gazeta yazıb.
İttiham tərəfi hesab edir ki, tələbə təxminən 6 aya yaxındır ki, yanğın törətməyə hazırlaşırmış. Həmçinin o, Ukraynanın “Sağ sektor” və “Azov” təşkilatlarının təsiri altında olub. Tələbənin özü isə ittiham aktında göstərildiyi kimi onların üzvü olmadığnı bildirib.
Tural