İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrail ordusuna məxsus peyk rabitə stansiyalarına və ABŞ-nin Yaxın Şərqdə yerləşən bir sıra hərbi bazalarına hücum etdiyini bildirib.
News365.az xəbər verir ki, hərbçilərin bəyanatını "Tasnim" agentliyi yayıb.
"Zərbələr İsrail hərbçiləri tərəfindən istifadə olunan peyk rabitə stansiyalarına, həmçinin Əl-Əzraq və Şeyx İsa (müvafiq olaraq İordaniya və Bəhreyndə yerləşir), eləcə də Əli əs-Salem və Arifcan (Küveytdə yerləşir) hərbi bazalarına endirilib", - deyə məlumatda vurğulanır.