Şəmkirdə kütləvi dava ölümlə nəticələnib.
Səhər ərazisində bir neçə nəfərin arasında düşən mübahisə zamanı üç nəfər müxtəlif dərəcəli bıçaq xəsarətləri alıb.
Onlar bədənlərinin kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə xəstəxanaya çatdırılıblar. Yaralılar dərhal əməliyyata götürülüblər. Həkimlərin səyinə baxmayaraq onlardan birinin öldüyü məlum olub. Digər zərərçəkənlərin isə əməliyyatdan sonra müalicəsi davam etdilir.
Hadisənin hansı səbəbdən törədildiyi və bıçaq xəsarəti alanların şəxsiyyəti müəyyənləşdirilir. Faktla bağlı araşdırma aparılır.