Sahibə Qafarova sabiq deputatın vəfatı ilə bağlı başsağlığı verdi

Sahibə Qafarova sabiq deputatın vəfatı ilə bağlı başsağlığı verdi
13:58

Milli Məclisin spikeri Sahibə Qafarova Fəzail Ağamalının vəfatı ilə bağlı başsağlığı verib.  

News365.az xəbər verir ki, spiker bu barədə parlamentin bu gün keçirilən plenar iclasında danışıb.

“Bildiyiniz kimi, bizim keçmiş həmkarımız, Milli Məclisin 6 çağırış deputatı olan Fəzail Ağamalı vəfat edib. Fəzail Ağamalı ictimai-siyasi şəxs idi. Onun vəfatı ilə əlaqədar həmkarımız Günay xanıma, ailəsinə və onu tanıyan hər kəsə başsağlığı veririk. Allah rəhmət eləsin”, - spiker bildirib.


Sizin reklam burada
Sizin reklam burada