Sabah Lerikin bəzi ərazilərində qaz təchizatı dayandırılacaq

Sabah Lerikin bəzi ərazilərində qaz təchizatı dayandırılacaq
14 İyl 2025 21:00

İyulun 15-də Lerik rayonunun 16 yaşayış məntəqəsində qaz təchizatı dayandırılacaq.

Bu barədə News365.az Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

Bildirilib ki, qaz təchizatının dayandırılmasına səbəb Lerik rayonu ərazisində yerləşən “Lerik” qaz paylayıcı stansiyasında orta təzyiqli yerüstü və yeraltı daşıyıcı qaz kəmərlərində aparılacaq kipliyə sınaq işləridir.

Bununla bağlı iyulun 15-də saat 10:00-dan etibarən işlər başa çatanadək, 16 yaşayış məntəqəsi üzrə 1 050 abonentin qaz təchizatının dayandırılması nəzərdə tutulur.


Sizin reklam burada
Sizin reklam burada