Rusiya Silahlı Qüvvələri Ukraynada "Geran" Pilotsuz Uçuş Aparatının(PUA) ən yeni versiyası olan "Geran-3"dən istifadəyə başlayıb. Bu barədə “Voennoe obozrenie” (VO) nəşri məlumat yayıb.
Qeyd edilir ki, əslində bu, "Geran-3"ün ilk istifadəsi hadisəsi deyil. "Düşmən resursları dəfələrlə belə hallar barədə məlumat veriblər. Rusiya ordusundan isə yeni pilotsuz təyyarələrin hücumları ilə bağlı heç bir rəsmi açıqlama verilməyib", - məlumatda deyilir.
Nəşr qeyd edir ki, “Geran-3” Xarkov və Odessadakı hərbi obyektlərə zərbələr zamanı istifadə edilib.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.
Tural