Rus neonasistlər fəallaşdılar: Miqrantların maşınları yandırılıb

Rus neonasistlər fəallaşdılar: Miqrantların maşınları yandırılıb
10:32

Xəbər verdiyimiz kimi Rusiyada hüquq-mühafizə orqanlarının azərbaycanlılara və ümumilikdə miqrantlara qarşı təzyiqlər artıb.

Bu gün isə miqrantlara qarşı daha bir hücum olub. Volqoqradda neonasizm ideologiyasını təbliğ edən 4 yeniyetmə miqrantların və Rusiyanın daxilindəki respublikalardan olan insanların avtomobillərini yandırması barədə məlumat yayılıb. Onlar saxlanılıblar. Rusiya Federasiyası İstintaq Komitəsinin mətbuat xidməti bu barədə məlumatı öz saytında yayıb.

İstintaq Komitəsinin məlumatına görə, ekstremist qruplaşmanı messencerdə müəyyən millətlərə və fərqli dini baxışlara malik insanlara qarşı zorakılığa çağıran paylaşımlar dərc edən 17 yaşlı oğlan yaradıb.

Şübhəli şəxs Volqoqradda bir neçə qanunsuz aksiya da planlaşdırıb və onların həyata keçirilməsi prosesinə bir neçə tanışını cəlb edib. Yeniyetmələr ekstremist fəaliyyətləri müzakirə etmək üçün kirayə götürdükləri qaraja toplaşıblar. Nəticədə onlar bir neçə cinayət planını həyata keçirə biliblər.

Təhlükəsizlik qüvvələri bandanın gənc liderinin icarəyə götürdüyü qarajda digər şeylərlə yanaşı partlayıcı maddələr fə aşkar ediblər. Gənc saxlanılaraq nəzarətə götürülsə də onun cinayət ortaqları ev dustaqlığına buraxılıb.

Xatırladaq ki, Azərbaycanın Mədəniyyət Nazirliyi ölkədə Rusiyanın dövlət və özəl qurumları tərəfindən planlaşdırılan bütün mədəni tədbirlərin ləğv edildiyini açıqlayıb. Buna səbəbYekaterinburqda etnik mənsubiyyətinə görə azərbaycanlılara qarşı məqsədyönlü, zorakı hərəkətlər olub. İyunun 27-də Rusiya təhlükəsizlik qüvvələri sözügedən ərazidə zorakı reydlər keçiriblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları 50-dən çox azərbaycanlını saxlayıb, bir neçə nəfər isə işgəncələrə görə həlak olub.

Tural


Sizin reklam burada
Sizin reklam burada