Rusiya xarici işlər naziri Sergey Lavrovla erməni həmkarı Ararat Mirzoyan qarşılıqlı konsulluğun, o cümlədən Ermənistanın strateji əhəmiyyətli regionu olan Zəngəzurda Rusiyanın mövcudluğunun genişləndirilməsi perspektivlərini müzakirə ediblər.
News365.az xəbər verir ki, bu sözləri Sergey Lavrov Mirzoyanla görüşdən sonra mediaya açıqlamasında deyib.
O bildirib ki, bu, tərəflərin maraqlarına uyğundur.
Eyni zamanda Ermənistanda rus dili ilə bağlı vəziyyət müzakirə edilib, Rusiya Federasiyasında erməni mədəniyyəti günlərinin yenidən keçirilməsinə qarşılıqlı maraq göstərilib.
Lavrovun sözlərinə görə, tərəflərin beynəlxalq məsələlərdə mövqeləri üst-üstə düşür və ya yaxındır. Nazir tərəflərin Rusiyanın çox perspektivli hesab etdiyi 3+3 formatına marağını qeyd edib.