Rusiya Ukraynada gecə və gündüz - daimi hücum rejiminə keçir

Rusiya Ukraynada gecə və gündüz - daimi hücum rejiminə keçir
20 Sen 2024 14:00

"Rusiya Federasiyasının işğalçı ordusu gələcəkdə Ukraynanın bölgələrinə gecə və gündüz hücum etməyi planlaşdırır. İşğalçılar hava hücumu xəbərdarlığının vətəndaşlarımız üçün adi hala çevrilməsini istəyirlər".

Bu fikri Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko deyib.

O qeyd edib ki, Rusiya boş yerə silah-sursat istehsalını artırmır: 

"Dəmirlərin (Silahı nəzərdə tutur-red.) istehsalını artırmağın da öz məqsədi var - onlar gələcəkdə demək olar ki, gecə-gündüz hücum rejiminə nail olmaq istəyirlər ki, bölgələrdə həyəcan siqnalları adi hala çevrilsin".

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Son aylarda Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişib. Amma Ukrayna qoşunlarının ilk dəfə olaraq Rusiya ərazisinə girib Kurskda xeyli ərazini zəbt etməsi müharibədə dönüş nöqtəsinə çevrilib.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər