Rusiya Teleqramı məhdudlaşdırır

Rusiya Teleqramı məhdudlaşdırır
15:23

Rusiya hakimiyyət orqanları ölkədə Teleqram messencerinin fəaliyyətini məhdudlaşdırmaq üçün hərəkətə keçmək qərarına gəlib.

News365 xəbər verir ki, bu barədə RBK iki mənbəyə istinadla məlumat yayıb.

“Bu gündən etibarən, “Roskomnadzor” tətbiqin fəaliyyətini qismən məhdudlaşdırmaq üçün tədbirlər görməyi planlaşdırır”, - mənbə bildirib.

Başqa bir mənbə isə nəşrə vurğulayıb ki, Teleqramın işini yavaşlatmaq üçün tədbirlər artıq görülür.


Sizin reklam burada
Sizin reklam burada