Rusiya Kiyevi vurub - 6 ölü

Rusiya Kiyevi vurub - 6 ölü
31 İyl 2025 11:57

Rusiyanın ötən gecə Kiyevə pilotsuz uçuş aparatı (PUA) ilə həyata keçirdiyi hücum nəticəsində yaralananların sayı 82 nəfərə çatıb.

News365.az Ukrayna mediasına istinadən xəbər verir ki, bunu Kiyev Vilayət Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko deyib.

    O bildirib ki, yaralıların 44 nəfəri xəstəxanaya yerləşdirilib.

    Xəsarət alanlar arasında 10 azyaşlı da var ki, onlardan beşinin müalicəsi stasionar şəraitdə davam etdirilir.

    Açıqlamada həmçinin, ən azyaşlı yaralının 5 aylıq uşaq olduğu qeyd edilib.


    Sizin reklam burada
    Sizin reklam burada