"Rusiya addım-addım irəliləyir, qarşısını almaq çətin olacaq"- Əlimusa İbrahimov

"Rusiya addım-addım irəliləyir, qarşısını almaq çətin olacaq"- Əlimusa İbrahimov
09:40

"Əgər sülh alınmasa, müharibə uzunmüddətli olacaq"

Politoloq Əlimusa İbrahimov bu sözləri News365.az-a açıqlamasında deyib. 

"Əgər proses bu şəkildə davam edərsə, Rusiya Ukraynanın digər ərazilərini də işğal edə bilər və bu zaman Avropa İttifaqı ölkələri Ukraynaya yardım göstərməkdə daha ciddi şəkildə iştirak edəcəklər. Lakin mən hesab edirəm ki, bu yardım da Rusiyanın qarşısını tam şəkildə ala bilməyəcək. Hətta Ukrayna müəyyən irəliləyişlər etsə belə, bu, Rusiya üçün ciddi maneə yaratmayacaq.

Əgər sizin qeyd etdiyiniz ssenari baş verərsə, müharibə uzunmüddətli olacaq. Yəni tərəflər bir müddət geri çəkilsələr də, münaqişə yenidən alovlana bilər və davamlı xarakter alacaq. Belə bir vəziyyətdə Avropa İttifaqının yeganə çıxış yolu Rusiyaya qarşı ortaq cəbhədə birləşmək və koordinasiyalı şəkildə hərəkət etmək olacaq.

Əgər nə Avropa İttifaqı, nə də Ukrayna bu istiqamətdə effektiv addımlar ata bilməsə və əgər Donald Tramp atəşkəsə nail olmaq və danışıqlar prosesinə başlamaq imkanına sahib olmazsa, o zaman müharibə daha da uzanacaq və həllini uzun müddət tapmayacaq.


Sizin reklam burada
Sizin reklam burada