Rus generala atəş açan şəxs Dubayda saxlanıldı

Rus generala atəş açan şəxs Dubayda saxlanıldı
13:44

Rusiyanın QRU kimi tanınan Baş Kəşfiyyat İdarəsində ikinci şəxs sayılan general Vladimir Alekseyevə sui-qəsd təşkil edən şəxs saxlanılıb.

News365.az Globalinfo.az-a istinadla xəbər verir ki, ötən gün generala atəş açaraq qaçan sui-qəsdçi Dubayda saxlanılıb.

Həmin şəxsin muzdlu qatil olduğu bildirilir. Məlumata görə, hazırda o, Moskvaya köçürülür.

Qeyd edək ki, generalın sağ olduğu, huşunun yerinə gəldiyi açıqlanıb.


Sizin reklam burada
Sizin reklam burada