Radikallar fəallaşdı - Qazaxın kəndləri ilə bağlı revanşist çağırışlar edilir

Radikallar fəallaşdı  - Qazaxın kəndləri ilə bağlı revanşist çağırışlar edilir
23 Apr 2024 13:20

İkinci Qarabağ müharibəsinin döyüşçüsü olmuş hərbi cani və siyasi fəal Aleks Tovmasyan revanşist çağırışlar edib. News365.az xəbər verir ki, o, "Mamul" nəşrinə açıqlamasında radikalların Qazaxın işğaldan azad olunan ərazilərindən əl çəkməyəcəklərini deyib. 

“Rəsmi şəkildə bəyan edirəm. Ermənilərdən kimsə Tavuşdakı məlum ərazilərin Azərbaycana aid olduğuna inanırsa, ləyaqətsizdir. Ermənilərin öz torpaqları uğrunda döyüşməsinə mane olan şəxs isə əxlaqsızdır", - deyə o, sərhəddə döyüşmək arzusunu ortaya qoyub. Tovmasyan dünən kəndlilərin etiraz aksiyasını dağıdan polislərə də söz atıb: “Mən yalnız əmrləri icra edirəm” deyə və azərbaycanlılar üçün ən böyük zövqlə daha çox yol açanlar da ləyaqətsizdilər. “Mən evimi qoruyuram” deyən kəndliləri döyüb həbs edənin əxlaqı varmı?

Bu gün insanların qarşısını kəsib torpağ uğrunda döyüşməsinə mane olan hər kəs mənim düşmənimdir. Fərqi yoxdur onlar kimdir. İstər polis, istər patrul xidməti aparanlar, istər yerli mühafizəçilər, istər hərbçilər, istərsə də qırmızı beretlilər olsun. Bunu edən düşmənizmidir. Düşmən isə ancaq güc dilini başa düşür".

Tural


Youtube kanalımız

Oxşar xəbərlər