Qızıl Avropa Liqası: Azərbaycan millisi növbəti qələbəsini qazanıb

Qızıl Avropa Liqası: Azərbaycan millisi növbəti qələbəsini qazanıb
31 May 2024 19:57

Azərbaycanın qadın voleybolçulardan ibarət millisi bu gün Qızıl Avropa Liqasında III turun görüşünə çıxıb.

Gənclər və İdman Nazirliyinin voleybol mərkəzində baş tutan matçda Estoniya ilə qarşılaşan yığmamız 3:0 (25:21, 25:12, 25:20) hesablı qələbə qazanıb.

Qeyd edək ki, bundan əvvəl Xorvatiyanı 3:0 hesabı ilə məğlub edən qadın voleybolçularımız Slovakiya (1:3), Rumıniya (0:3) və İsveçə (0:3) məğlub olub. Yığma iyunun 2-də Avstriya ilə qarşılaşacaq.


Sizin reklam burada
Sizin reklam burada