Qaralma istəyinin arxasında gizlənən təhlükə: Günəş şüaları dəriyə necə zərər verir?

Qaralma istəyinin arxasında gizlənən təhlükə: Günəş şüaları dəriyə necə zərər verir?
05 İyn 2025 14:55

Yay aylarında çoxları bronz dəriyə sahib olmaq üçün saatlarla günəş altında qalır. Lakin mütəxəssislər bu vərdişin ciddi sağlamlıq riskləri daşıdığı barədə xəbərdarlıq edirlər.

News365.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirir ki, qaralma – bir gözəllik göstəricisi kimi görünsə də – əslində dərinin zədələnməsi deməkdir. Məlumata görə, qaralmanın səbəbi dərinin ultrabənövşəyi (UV) şüalara məruz qalmasıdır ki, bu da dəri hüceyrələrinin DNT strukturunu pozur və xərçəng riskini artırır.

Araşdırmalar göstərir ki, günəş şüaları bazal hüceyrəli və skuamöz hüceyrəli dəri xərçənginin, eləcə də daha təhlükəli forma olan melanomanın yaranmasına ciddi təsir göstərir.

Həkimlər və dermatoloqlar günəş altında qalma müddətinə ciddi nəzarət edilməsini tövsiyə edir və xüsusilə günün ən intensiv saatlarında (12:00–16:00) birbaşa günəşə çıxmamağı məsləhət görürlər.



Sizin reklam burada
Sizin reklam burada