Futbol üzrə Türkiyə Superliqasında 21-ci turun görüşləri keçirilir.
News365.az xəbər verir ki, "Qalatasaray" səfərdə “Çaykur Rizəspor”un qonağı olub.
Görüş İstanbul təmsilçisinin 3:0 hesablı qələbəsi ilə bitib.
Xallarını 52-yə çatdıran Okan Burukun baş məşqçisi olduğu kollektiv turnir cədvəlinə başçılıq edir. Rizə klubu isə 20 xalla 12-ci sıradadır.