Əraqçi: İran Hörmüz boğazından bu ölkələrin gəmilərinin keçidinə icazə verib

Əraqçi: İran Hörmüz boğazından bu ölkələrin gəmilərinin keçidinə icazə verib
25 Mar 2026 23:20

İran Hörmüz boğazından yalnız dost ölkələrin gəmilərinin keçidinə icazə verdiyini açıqlayıb.

News365.az "Tasnim" agentliyinə istinadla xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

Onun sözlərinə görə, bu ölkələr sırasında Rusiya, Hindistan, İraq, Çin və Pakistan yer alır.

“Biz dost hesab etdiyimiz ölkələrin gəmilərinə Hörmüz boğazından keçidə icazə vermişik. Rəqiblərimizin bu marşrutdan istifadə etməsinə isə ehtiyac görmürük”, – deyə nazir bildirib.


Sizin reklam burada
Sizin reklam burada