Qafqaz regionu ətrafında çox ciddi geosiyasi proseslər baş verməkdədir. Yaxın Şərqin xəritəsində ciddi dəyişiklik olmasa da, orada gedən proseslərdə mərkəzi hakimiyyətlərin rolu azalır və daha çox dini və etnik qruplar önə çıxır və onların hakimiyyət bölgüsünə təsirləri güclənir.Milli maraqlar etnik qrup maraqlarının kölgəsində düşür.Bu Qafqaz regionunada bir başa və dolayı təsir etməkdədir. Yeni təhdidlərə hazır olmaq və cavab vermək üçün, Qafqaz regionunda sərhədlərin təhlükəsizliyinin təmin edilməsi və sabitliyin davam etməsi üçün vacib məsələlərdən biri də Qafqaz birliyinin yaradılmasıdır.
Azərbaycan və Ermənistanın sülh razılaşmasına yaxınlaşması, demək olar ki, bir çox məsələdə mövqelərin uzlaşdırılması və ya yaxınlaşdırılması bizi Qafqaz birliyinə daha da yaxınlaşdırır. Paralel olaraq Gürcüstanın Azərbaycan-Ermənistan sülh gündəliyinə dəstəyi və rəsmi Tbilisinin regional formatlar çərçivəsindəbirliyə hazır olması da önəmlidir.
Birlik dedikdə mən, daha çox, sərhəd mühafizəsi, təhlükəsizlik, kəşfiyyat və əks-kəşfiyyat sahəsində operativ informasiya mübadilələrini, bir-birinin daxili işinə qarışmadan terror, separatizm, dini radikalizm kimi meyillərə qarşı birgə və sərt mübarizəni nəzərdə tuturam.
Hal-hazırda yerləşdiyimiz coğrafiyada,Qafqaz regionunda silahlar susub və onların yerini diplomatlar tutub. Digər regionlarda isə diplomatlar silahların kölgəsində fəaliyyət göstərirlər.