Putindən QORXUNC AÇIQLAMA: “Ukraynada müharibə qələbə çalanadək davam edəcək”

Putindən QORXUNC AÇIQLAMA: “Ukraynada müharibə qələbə çalanadək davam edəcək”
13:41

“Ölkənin Ukraynadakı “xüsusi əməliyyatı” “məntiqi nəticəyə” çatdırmaq üçün zəruri qüvvə və imkanları var”.

Bu açıqlama ilə Rusiya Prezidenti Vladimir Putin çıxış edib.

Onun sözlərinə görə, bu əməliyyat “Rusiyanın xeyrinə olan nəticə” əldə olunana qədər davam edəcək:

“Bu nəticə — bu böhranı törədən səbəblərin aradan qaldırılması, uzunmüddətli, davamlı sülhün yaradılması və Rusiya dövlətinin təhlükəsizliyinin təmin olunması, həmçinin bizim daim danışdığımız ərazilərdə yaşayan, rus dilini ana dili sayan insanların maraqlarının qorunmasıdır”.

May ayının əvvəlində də Putin bildirmişdi ki, Rusiyanın 2022-ci ildə başladığı əməliyyatı “məntiqi sonluğa” çatdırmaq üçün kifayət qədər resursu var. O vurğulamışdı ki, indiyədək nüvə silahından istifadə edilməyib və gələcəkdə də ehtiyac yaranacağına ümid etmir.

Prezident həmçinin Ukrayna ilə barışmağın qaçılmaz olduğunu söyləyərək, “bu, sadəcə zaman məsələsidir” demişdi.


Sizin reklam burada
Sizin reklam burada