Polşa yeni prezidentini seçir

Polşa yeni prezidentini seçir
10:07

Polşada bu gün prezident seçkiləri start götürüb.

Ölkə ərazisində 32 mindən çox seçki məntəqəsində 29 milyondan artıq seçici 13 namizəd arasından birini seçə bilər. Seçkilərin birinci günü ABŞ-da yaşayan polşalılar da səs veriblər.

Seçki məntəqələri yerli vaxtla saat 21:00-dək (Bakı vaxtı ilə 23:00-a qədər) işləyəcək.

Qapandıqdan sonra ekzitpolların nəticələri açıqlanacaq, rəsmi yekun nəticələr isə iki gün ərzində məlum olacaq.

13 namizədin 6-sı rəsmi olaraq partiyasız olmasına baxmayaraq, onların dəstəkçiləri var. Məsələn, “müstəqil” Karol Navrotski müxalif “Hüquq və Ədalət” partiyasının dəstəyini alıb, eyni qaydada partiyasız kimi qeyd olunan Magdalena Beyeat isə “Sol” bloku tərəfindən irəli sürülüb.

Seçkidə heç bir namizədin səs çoxluğu (50%+1) əldə etməməsi halında ikinci tur 1 iyunda keçiriləcək. Aprel-maj sorğularına əsasən, hakim “Vətəndaş Koalisiyası”nın namizədi Rafał Tşaskovski ön sıralarda gedir, arxasınca müxalif “Hüquq və Ədalət” partiyasının dəstəklədiyi Karol Navrotski gəlir.


Sizin reklam burada
Sizin reklam burada