Polis silah-sursat aşkarladı

Polis silah-sursat aşkarladı
11:58

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

News365.az xəbər verir ki, fevralın 9-u polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 tapança və 23 tüfəng aşkar edib.

Bundan başqa, 1 patron darağı və 55 ədəd müxtəlif çaplı patron da aşkar edilərək götürülüb.

Tədbirlər davam etdirilir.


Sizin reklam burada
Sizin reklam burada