Polis maşını aksiyada erməni jurnalisti vurdu - VİDEO

Polis maşını aksiyada erməni jurnalisti vurdu - VİDEO
14 May 2024 11:48

Ermənistanda vəziyyət gərgin olaraq qalır. Paytaxt İrəvanda keçirilən aksiyalar zamanı polislə etirazçılar, eləcə də media nümayəndələri arasında insidentlər yaşanır. Yerli medianın yaydığı məlumata görə, "Mediaub.am" saytının jurnalisti Nare Gevorkyanı Respublika meydanda “Vətən uğrunda Tavuş” hərəkatının aksiyasını işıqlandırarkən polis maşını vurub.

Sputnik Ermənistan Gevorkyanın hazırda Nairi tibb mərkəzində müayinədən keçdiyini yazıb.

"Qız ayağından zədə alıb. Mediaհub.am saytının baş redaktoru Liya Xojoyan bəyanat yayaraq qeyd edib ki, jurnalist peşə vəzifələrini yerinə yetirərkən polis maşını qəsdən onun üzərinə sürüb. Redaktor hadisənin piyada keçidində baş verdiyini və həmin an küçənin aydın göründüyünü qeyd edib", - nəşr yazıb.

Qeyd edək ki, iki gündür ölkədə “Vətən uğrunda Tavuş” yeni müxalifət hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyanın rəhbərliyi ilə itaətsizlik aksiyaları keçirilir. 

Ümumilikdə isə gərginlik aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə Qazaxın 4 kəndinin (Aşağı Əskipara, Xeyrımlı, Bağanıs Ayrım, Qızılhacılı) Azərbaycana qaytarılması barədə razılıq əldə ediləndən sonra artıb. Ölkədə aksiyalar keçirilir, revanşistlər sərhədlərin dəqiqləşdirilməsinə, tarixi kəndlərimizin geri qaytarılmasına qarşı çıxırlar.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər