Ölkə pensiya qanunvericiliyinə görə, pensiya növündən asılı olmayaraq pensiyaçıların aldığı pul əvvəlki ildə işləyən şəxslərin orta aylıq əməkhaqqısının illik artım faizinə uyğun indeksləşdirilir.
News365.az-a açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bu il pensiyaların nə qədər artacağı barədə danışıb. Keçən ilki orta aylıq əmək artımının 9.3 faiz olduğunu qeyd edən iqtisadçı pensiya artımının da bu rəqəmə yaxın olacağını bildirib:
"Konkret rəqəmlərlə danışsaq deyə bilər ki, 500 manat pensiya alan şəxsin pensiyası 46 manat 50 qəpik artacaq. Pensiyaçılar fevral ayında yanvar ayının da artımı daxilolmaqla iki aylıq artımı alcaqlar. Yəni fevral ayında bu şəxlər 93 manat artımla, sonrakı aylarda isə 46 manat artımla pensiya alacaq. O ki, qaldı işləyən şəxslərin pensiya kapitalının indeksasiyasına, burada qanunveriliciyə görə inflyasiyanın pensiya kapitalına təsir etməməsi, real alım gücünü aşağı salmaması üçün inflyasıya faizlərinə uyğun olaraq pensiya kapitalı artırılır. Buradakı rəqəm də bəllidir. Ötən il istehlak qiymətləri indeksi yəni inflyasiya 5.6 faiz artıb. Bu da o deməkdir ki, işləyən şəxslərin pensiya kapitalı 5.6 faiz artırılacaq. Əgər pensiya kapitalınız 50 min manatdırsa, bunun 5.6 faizi 2800 manat pul edir. Məhz bu vəsait sizin pensiya kapitalınızın üzərinə hesablanacaq".