Pekin İran neftinin Çinə ixracının qanuni əməkdaşlıq olduğunu bəyan edib

Pekin İran neftinin Çinə ixracının qanuni əməkdaşlıq olduğunu bəyan edib
15:34

Pekin İran neftinin Çinə ixracının iki ölkə arasında qanuni əməkdaşlıq olduğunu bəyan edib.

 Pekin ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Binyamin Netanyahünun ABŞ-ın İran neftinin Çinə ixracına qarşı tədbirləri sərtləşdirməsi barədə razılığa gəldikləri haqda yayılan məlumatlara reaksiya verib.

Çin Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilib ki, dövlətlər arasında beynəlxalq hüquq çərçivəsində həyata keçirilən “normal əməkdaşlıq” qanuni və əsaslıdır, buna hörmət edilməli və qorunmalıdır.

Qeyd edək ki, “Axios”-un dünən yaydığı məlumata görə, İranın neft ixracının təxminən 80 faizi Çinə yönəlir və buna görə ABŞ və İsrail hesab edir ki, iki ölkə arasında ticarət məhdudiyyətlərinin sərtləşdirilməsi Tehrana iqtisadi təzyiqi “əhəmiyyətli dərəcədə” artıracaq.

Məlumata əsasən, ötən həftə imzaladığı sərəncama uyğun olaraq, Donald Tramp İranla ticarət razılaşmaları çərçivəsində həyata keçirilən Çin mallarına 25 faiz rüsum tətbiq edə bilər. Bildirilir ki, təzyiq kampaniyası Vaşinqtonla Tehran arasında davam edən danışıqlarla paralel şəkildə aparılacaq.


Sizin reklam burada
Sizin reklam burada