“Paşinyan yerli sakinlərlə görüş keçirir, onları sakitləşdirir“ - Politoloq

“Paşinyan yerli sakinlərlə görüş keçirir, onları sakitləşdirir“ -  Politoloq
23 Apr 2024 10:27

"Erməni cəmiyyəti, xüsusəndə revanşist qüvvələr nə qədər etiraz etsə də Azərbaycanla Ermənistan sülh müstəvisində inkişaf edir. Bu Ermənistanın daxili işidir".

Politoloq Əhməd Şahidov bunu News365.az-a açıqlamasında deyib. 

"Nikol Paşinyan iqtidarı öz daxili resurslarını səfərbər edərək, həmin yerli sakinlərlə görüş keçirir və onları sakitləşdirməyə çalışırlar. Düşünürəm ki, bu prosess bir qədər vaxt aparacaq. Həmin kəndlərdə yaşayan erməni sakinləri etiraz aksiyaları, yolu bağlamaq və digər addımlar ataraq, bu kəndlərin Azərbaycana təhvil verilməsinə etiraz edə bilərlər. Amma bu qısa davam edəcək bir prosessdir. İstənilən halda həmin 4 kənd Azərbaycana təhvil verilmək üzrədir. Son texniki işlərdə yekunlaşır"-deyə bildirib. 

Vəfa Vəliyeva, News365.az


Youtube kanalımız

Oxşar xəbərlər