Ermənistanın məşhur jurnalistlərindən olan Sevak Akopyan maraqlı təhlil dərc edib. News365.az xəbər verir ki, o, Ermənistanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə hər gün etiraz aksiyalarının keçirilməsinə diqqət çəkib.
"Etirazçılar deyirlər ki, Nikol yalançıdır, heç bir vədinə əməl etməyib. Onu da bəyan edirlər ki, baş nazir xəyanət edib, agentdir. Paşinyanın göstərişi ilə isə polislər mövcud siyasi qüvvələri hakimiyyətdə saxlamaq üçün etirazçılara qarşı güc tətbiq edir, azyaşlıları belə döyür, saxlayırlar. Hər kəsin, hər bir vətəndaşın aksiyalara çıxmaq üçün səbəbi var", - o qeyd edib. Sevak həmçinin Paşinyanın partiyasında da gərginliyin olduğunu iddia edib. Onun sözlərinə görə hakim partiya fəalları hətta sosial şəbəkələrdə Paşinyanın fotolarını yaymağa məcbur edilir, təzyiq altında saxlanılırlar.
"Paşinyan 3 gündür Danimarkaya gedib və müavinlərinə bir yerə toplaşmamaq, aktiv ünsiyyətdə olmamağı əmr edib. Bundan başqa, onlar yalnız fövqəladə hallarda evdən çölə çıxa bilərlər. Bir də təbii ki, işdən evə, evdən də işə gedib gəlməlidirlər. Başqa heç bir yerə səfər edilməməlidir. Əks təqdirdə, qaydalara əməl etməyən fiqurlar Milli Təhlükəsizlik Xidmətinə çağırılacaqlar”.
Qeyd edək ki, son günlər Ermənistanda vəziyyət xeyli gərginləşib. Gərginlik aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə Qazaxın 4 kəndinin (Aşağı Əskipara, Xeyrımlı, Bağanıs Ayrım, Qızılhacılı) Azərbaycana qaytarılması barədə razılıq əldə ediləndən sonra artıb. Ölkədə aksiyalar keçirilir, revanşistlər sərhədlərin dəqiqləşdirilməsinə, tarixi kəndlərimizin geri qaytarılmasına qarşı çıxırlar.
Tural