Ermənistan Baş naziri Nikol Paşinyan Avropa Birliyinin baş diplomatı Kaya Kallasla görüşüb.
News365.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
Bildirilib ki, görüşdə regional proseslərlə yanaşı, Bakı-İrəvan sülh məsələləri də gündəmdə olub.
Kallas Azərbaycanla Ermənistan arasında sülh üçün irəliləyişin müsbət addım olacağını vurğulayıb.
Qeyd edək ki, Kaya Kallas İrəvanda səfərdədir.