Olimpiyadada Ukraynalı idmançıya həmyerlilərinin xatirəsini yad etməyə icazə verilmədi

Olimpiyadada Ukraynalı idmançıya həmyerlilərinin xatirəsini yad etməyə icazə verilmədi
16:51

Beynəlxalq Olimpiya Komitəsi ukraynalı skeleton yarışmaçısı Vladislav Heraskeviçin bazar ertəsi məşq zamanı taxdığı dəbilqəni qadağan edib. 

News365.az xarici KİV-ə istinadən xəbər verir ki, Dəbilqənin üzərində Ukrayna-Rusiya müharibəsi nəticəsində həyatını itirən idmançıların şəkillərinin əks olunması idmana yaraşmayan hal kimi qiymətləndirilib. Komitə bildirib ki, idmançılar öz çıxışlarına köklənməlidir. Dini, irqi və yaxud siyasi mesajlar verərək idman çərçivələrindən kənara çıxmamalıdırlar. İdmançıya dəbilqənin əvəzinə qara lent bağlamaq məsləhət görülüb.

Öz növbəsində Vladislav Heraskeviçi isə bu qərarla razı olmadığını və şəkilləri siyasi mesaj vermək məqsədi ilə istifadə etmədiyini bildirib. "Mən sadəcə olaraq öz həmkarlarımı ehtiramla yad etmək istəyirdim. Mənim dostlarım da bir vaxt idmanın bir parçası idi, lakin təəssüf ki, onlar artıq idman meydanlarına çıxa bilməyəcəklər. Bundan sonra mən onların xatirəsi üçün yarışacam".

Ukrayna prezidenti Volodimer Zelenski də məsələyə münasibət bildirib. Zelenski X hesabında yazıb:

"Bu yersiz siyasi mesaj və yaxud idmana yaraşmayan hərəkət adlandırıla bilməz. Bu həqiqətdir. Bütün dünya müasir Rusiyanın əməllərindən xəbərdar olmalı, xəbərdar olanlar isə belə mesajlarla o əməlləri yenidən xatırlamalıdırlar".





Sizin reklam burada
Sizin reklam burada