“Netflix”ə qarşı araşdırma başladı

“Netflix”ə qarşı araşdırma başladı
11:10

ABŞ Ədliyyə Nazirliyi (DOJ) "Netflix"in Warner Bros Discovery və HBO Max-ı satın almaq planı ilə bağlı antimonopoliya araşdırmasına start verib. Bu barədə Wall Street Journal nəşri məlumat yayıb.

 ABŞ Ədliyyə Nazirliyi Netflix-in anti-rəqabət üsullarından istifadə edib-etmədiyini, eləcə də sözügedən sövdələşmənin striminq xidmətinin bazar gücünü həddindən artıq artırıb-artırmayacağını və ya monopoliyanın formalaşmasına gətirib çıxarıb-çıxarmayacağını araşdırır.

Qeyd edək ki, bundan əvvəl VZGLYAD qəzeti Netflix-in 82,7 milyard dollar qarşılığında Warner Bros kinostudiyasını almaq niyyətində olduğunu yazmışdı.


Sizin reklam burada
Sizin reklam burada