"Neftçi" bu gün Türkiyə komandası ilə qarşılaşır

"Neftçi" bu gün Türkiyə komandası ilə qarşılaşır
20 İyl 2024 09:38

Yeni mövsümə hazırlıqlarını Türkiyədə davam etdirən "Neftçi" bu gün növbəti yoxlama oyununa çıxacaq.

News365.az xəbər verir ki, Roman Qriqorçukun rəhbərlik etdiyi kollektiv "Erzurumspor"la qarşılaşacaq.

Türkiyənin I Liqa təmsilçisi ilə görüşə Bakı vaxtı ilə saat 18:00-da start veriləcək.

Qeyd edək ki, "Neftçi" daha öncə Super Liqa təmsilçiləri "Alanyaspor"u (3:1) və "Sivasspor"u (2:1) məğlub edib.


Sizin reklam burada
Sizin reklam burada