NATO-nun keçmiş müşaviri Qərbi tənqid etdi: “Strategiya yoxdur“

NATO-nun keçmiş müşaviri Qərbi tənqid etdi:  “Strategiya yoxdur“
20 Apr 2024 13:05

"Qərbin Ukrayna münaqişəsindən necə çıxacağı barədə heç bir təsəvvürü yoxdur. Heç Kiyevin də böhrandan çıxmaq üçün strategiyası yoxdur". News365.az xəbər verir ki, bunu NATO baş katibinin keçmiş müşaviri Jak Bo "Deep Dive"ə müsahibəsində deyib.

Bonun fikrincə, Ukraynanın Qərb müttəfiqləri Kiyevin Rusiya ilə silahlı münaqişədə qələbə qazanacağını elan etməklə özlərini aldatmış olurlar.

Xatırladaq ki, Pentaqon rəhbərinin keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor da bir neçə gün öncə  "Deep Dive"ə açıqlamasında Ukrayna mövzusunda diqqət çəkən açıqlama vermişdi. O iddia edib ki, "Ukrayna lideri Vladimir Zelenski Silahlı Qüvvələrin Rusiya ordusu tərəfindən məğlub edilməsindən sonra ölkədən qaçmağa cəhd edə bilər".

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər