Mübariz İbrahimovun məzarı ziyarət olundu - FOTOLAR

Mübariz İbrahimovun məzarı ziyarət olundu - FOTOLAR
13:35

Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Rüfət Əsgərovun, Adıgözəl Bəşirovun, İsmayıl Mehdiyevin və Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunmuş anım mərasimləri keçirilib.

Əvvəlcə şəhidlərimizin məzarları ziyarət olunub, üzərinə gül dəstələri düzülərək xatirələri ehtiramla anılıb.

Müdafiə Nazirliyindən  bildirilib ki, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində və 269 nömrəli orta məktəbdə təşkil edilən tədbirlərdə nazirliyin əməkdaşları, ictimaiyyət nümayəndələri, məktəblilər, şəhidlərin ailə üzvləri, yaxınları və döyüş yoldaşları iştirak ediblər.

Tədbirlərdə Ulu Öndər Heydər Əliyevin, eləcə də Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Çıxış edənlər torpaqlarımızın işğaldan azad olunması uğrunda qazanılmış şanlı Qələbənin tarixi əhəmiyyətindən, şəhidlərimizin döyüşlərdə göstərdikləri igidlik və şücaət nümunələrindən bəhs edərək onların şərəfli həyat yolundan danışıblar.

Anım mərasimlərində hərbi-vətənpərvərlik mövzusunda bədii kompozisiyalar təqdim olunub.

Sonda şəhidlərin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin daim uca tutulmasına görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, həmçinin Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.








Sizin reklam burada
Sizin reklam burada