Model: "Hamiləliyin 5-ci həftəsində niyə həyat yoldaşından qaçır?"

Model: "Hamiləliyin 5-ci həftəsində niyə həyat yoldaşından qaçır?"
09 Noy 2024 11:58

Model Razi Əliyevanın həyat yoldaşı Nicat Əliyev səs-küyə səbəb olacaq açıqlamalar verib.

Rejissor Nail Naiboğlunun təqdimatında "Qırmızı" layihəsinə qonaq olan Nicat Razinin hamilə qaldıqdan sonra ondan ayrılmaq istədiyini bildirib.

Nicat "Adam hamiləliyin 5-ci həftəsində niyə həyat yoldaşından qaçar?" deyərək Razinin bu addımını qınayıb.

Qeyd edək ki, Razi Əliyeva bir neçə gün əvvəl hamiləlik fotosessiyası etdirərək 8 aylıq hamilə olduğunu qeyd edib.

Xatırladaq ki, Razi ötən ilin dekabrında ailə qurub. O həyat yoldaşı ilə hazrlıq vaxtı tanış olub. Model yay aylarına qədər toyu olacağını vurğulamışdı. Razi Əliyeva "Miss Azərbaycan 2017"nin qalibidir. Hazırda onun 27 yaşı var.



Youtube kanalımız

Oxşar xəbərlər