MN nümayəndələri ilə NATO-nun ekspert heyəti arasında görüş keçirilib

MN nümayəndələri ilə NATO-nun ekspert heyəti arasında görüş keçirilib
15 İyl 2025 22:00

Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Müdafiə Nazirliyinin nümayəndələri ilə NATO-nun ekspert heyəti arasında işçi görüşü keçirilib. 


News365.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. 


Görüşdə Azərbaycan və NATO arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Tərəflər, həmçinin NATO-nun “Fərdi uyğunlaşdırılmış tərəfdaşlıq proqramı” və “Planlaşdırma və analiz prosesi” sənədləri çərçivəsində görülmüş işləri müzakirə ediblər.


Sizin reklam burada
Sizin reklam burada