Özbəkistan Sankt-Peterburqdan 100 vətəndaşını geri qaytaracaq

Özbəkistan Sankt-Peterburqdan 100 vətəndaşını geri qaytaracaq
12:21

Özbəkistan hakimiyyəti çətin vəziyyətdə qalan 100 soydaşını Rusiyanın Sankt-Peterburqdan geri qaytaracaq.

Bu barədə informasiyanı “Dunya” xəbər agentliyi yayıb.

Məlumata görə, Özbəkistanın Baş Konsulluğu və Xarici Əmək Miqrasiyası Agentliyinin nümayəndəliyinin dəstəyi ilə iyulun 30-dan avqustun 30-dək həyata keçirilən “Vətənə qayıdış” xeyriyyə aksiyası çərçivəsində respublika öz vətəndaşlarını qaytaracaq.

Onların geri dönüş vəsiqəsi və aviabiletlə təmin olunduğu, vətənə dönüşünün avqustun 18-ə təyin edildiyi qeyd edilib.


Sizin reklam burada
Sizin reklam burada