Məşhurların toy geyimləri - FOTO

Məşhurların toy geyimləri -  FOTO
23 Apr 2024 23:54

Xəbər verdiyimiz kimi, Xalq artisti Mələkxanım Eyubovanın qızı Nəzrinin müğənni Mərdan Kazımovla toyu olub. 

Sənət aləminin tanınmış simaları məclisdə Axşam.az obyektivinə tuş gəliblər. 

Xalq artisti Nazpəri Dostəliyeva məclisə tünd göy rəngli uzun libas geyinib. Sadə görünüşü ilə diqqət çəkən müğənni ürək formasında olan boyunbağı ilə tərzini tamamlayıb. 

Əməkdar artist Elnarə Abdullayeva da gecə üçün tünd rəngli uzun libas seçib. O, qara geyimini eynirəngli ayaqqabı ilə tamamlayıb.

Xalq artisti Röya Ayxan qara uzun yarıqlı libasla gecəyə qatılıb. İfaçı sarı şlyapası ilə tərzini rəngləndirib.

Aşıq Samirə Əliyeva toya açıq yaşıl rəngli libas geyinib. 

Xalq artisti Mələkxanım Eyubova övladının toyuna qaşlı, gümüşü paltar seçib. Xanəndə qızıl aksessuarları ilə tərzini tamamlayıb.

Xalq artisti Məleykə Əsədova isə qırmızı atlas geyimlə toya qatılıb.


Youtube kanalımız

Oxşar xəbərlər