Məşhur bəstəkar Səudiyyə üçün yeni himn bəstələyəcək

Məşhur bəstəkar Səudiyyə üçün yeni himn bəstələyəcək
24 Yan 2025 18:30

Məşhur bəstəkar Hans Zimmer Səudiyyə Ərəbistanının yeni himninin müəllifi ola bilər.


News365.az xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının Əyləncələr üzrə Baş İdarəsinin direktoru Turki əş-Şeyx sosial şəbəkə hesabında deyib.


“Gələcək layihələr haqqında çox müzakirə etdik. Onların arasında müxtəlif alətlərdən istifadə edilməklə Səudiyyə Ərəbistanının dövlət himninin yeni musiqi variantının yaradılması da var”, - o bildirib.


Onun sözlərinə görə, Zimmer Səudiyyə Ərəbistanının “Yermuk uğrunda döyüş” filminin saundtrekinin yaradılmasında da iştirak edəcək.


Sizin reklam burada
Sizin reklam burada